"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer" Bundesliqada XXV turun oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Volfsburq"u qəbul edib.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Bayer”dən qolları 37-ci dəqiqədə Heytan Tella, 87-ci dəqiqədə Florian Virtz vurub. Leverluzen təmsilçisi 28-ci dəqiədən rəqib futbolçusu qırmızı vərəqə aldığına görə say üstünlüyündə keçirib.
Bununla da Xabi Alonsonun komandası məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb. "Bayer" hazırda 67 xalla Bundesliqanın lideridi və ən yaxın izləyicisi "Bavariya"nı 10 xal qabaqlayır.
Qeyd edək ki, "Bayer"in "Qarabağ"la cavab görüşü martın 14-ü keçiriləcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC