"Araz-Naxçıvan"ın kapitanı Tovuzda hakimliyin nəticəyə təsir etdiyini sayır: "Nə olursa-olsun, bu vəziyyətdən çıxmalıyıq"
“Araz-Naxçıvan" növbəti məğlubiyyətini Tovuzda aldı. “Turan Tovuz”a 0:2 hesabıyla uduzduqları səfər matçında baş hakim Rəşad Əhmədivun idarəçiliyi naxçıvanlıların narazılığına səbəb oldu. Mxutar Respublika təmsilçisinin kapitanı Orxan Əliyev Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- İlk hissədə yaxşı oynadınız. Amma fasilədən sonra belə olmadı. Nə alınmadı?
- Ümimilikdə pis oynamadıq. Deməzdim ki, “Turan Tovuz” bizdən üstün idi. Normal oynayırdıq, sadəcə, hardasa qol vəziyyətlərini reallaşdırmadıq, hardasa alınmırdı. Misal üçün verilməyən penaltimiz - belə anlar bizə mənfi təsir göstərir. Hətta videotəkrarda bütün məşqçilərimiz epizoda baxdı, orda penalti vardı. Belə şeylər bizə psixoloji çox təsir edir. Əlbəttə, ilk hissədə daha yaxşı oynadıq. Belə götürəndə, fasilədən sonra da pis təsir bağışlamadıq, oyuna yaxşı başladıq. Amma qollarımızı vurmadıq, qapımızda qısa zamanda ardıcıl 2 top gördük.
- “Turan Tovuz”la 3 görüşdə 1 xal belə götürə bilməmisiniz. Buna necə izah verərdin - sizə arzuolunmaz rəqibdi, yoxsa..?
- “Turan Tovuz” evdə çox yaxşı oynayır. Amma özünüz də görürsünz ki, heç nədən geri qalmırdıq, sonadək təslim olmurduq. Bərabər oyun gedirdi, çalışırdıq, vuruşurduq, hər şey edirik ki, xal, qələbə qazanaq. Amma dediyim kimi, hakim qərarları komandaya psixoloji planda təsirsiz ötüşmür.
- Yəni, hesab edirsən ki, hakimlik nəticəyə təsir göstərdi?
- Əlbəttə! Biz futbolçularıq, mübarizə aparırıq, döyüşürük. Hər şey yaxşıdı, qol vurmaq, penalti qazanmaq üçün hər şey etməyə səy göstəririk. Amma penaltin verilməyəndə adama pis təsir edir.
- Komandanızda eniş var, çünki neçə vaxatdı az qələbə qazanırsınız. Bu haqda nə düşünürsən?
- Əlbəttə, eniş olacaq. Turnir cədvəlində 8-ci pilləyə aşağı düşmüşük. Buna baxmayaraq, bu vəziyyətdən çıxmalıyıq - nə olursa-olsun.
- Səncə, niyə eniş yaşadınız? Axı, “Araz-Naxçıvan” xüsusilə ilk dövrədə çox yaxşı çıxış edərək 2-ci pilləyədək yüksəlmişdi…
- Bir tərəfdən, başa düşmək olar - Premyer Liqada ilk mövsümdü oynayırıq. Ola bilər ki, ilk vaxtlar bizdən çox şey gözləyirdilər. Bilmirəm, futbolda belə eniş-yüksəliş olur.
- Bəlkə qış transfer dövründə yaxşı komplekləşə bilmədiniz ki, indi bunun mənfi təsirini görürsünüz?
- Açığı, bilmirəm, bəlkə bu da təsirini göstərdi. Çox şey ola bilər. İndi durub konkret səbəb axtarıb tapa bilmərəm ki, məhz buna görə pis çıxış edirik. Bizdə nəsə düz getmirsə, deməli, ümumi komandayla bağlı məsələdi, hər şey komandadan asılıdı.
- Səncə, mövsümün qalan hissəsində məqsədiniz nə olacaq? Kubokda yoxsunuz, çempionatdan da Konfrans Liqasına çıxmağınız çətin olacaq, yoxsa…?
- Vəziyyətimiz çətindi, amma buna baxmayaraq, hər xal, hər qələbə üçün mübarizə aparmağa çalışacağıq. Ki, turnir cəvəlində yuxarı qalxaq, iddiamızı sonadək saxlayaq. Çünki bu, hazırkı anda bizim üçün çox vacibdi.