Belarusun paytaxtı Minskdə 2015-ci il təvəllüdlü futbolçular arasında “Bizim gələcəyimiz” beynəlxalq turniri keçirilib.
Presssport.az xəbər verir ki, “Sabah”ın U-9 komandası da turnirdə iştirak edib.
Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirdə Belarusun BATE, “Minsk”, “Start” (Minsk), həmçinin Rusiyanın “Zenit” komandaları ilə birlikdə A qrupunda yer alıb. “Sabah” qrup mərhələsində BATE (5:4) və “Start”ı (4:0) məğlub edib, “Minsk” (0:3) və “Zenit”ə (0:2) məğlub olub. Azərbaycan təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub.
Təmsilçimiz 9-12-ci yerlər uğrunda mübarizədə Rusiyanın “Nijni-Novqorod” (0:3) və Belarusun “Volqa Brest” (2:4) komandası ilə qarşılaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC