Azərbaycanın 3-cü boksçusu Paris-2024-ə lisenziya qazandı

Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Presssport.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Dipak Dipak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb. Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC