Ronaldo klub karyerasınfa 750-ci qolunu vurdu, komandası ÇL-də dayandı

Kriştiano Ronaldonun kapitanı olduğu “Əl-Nəsr” Asiya Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində cavab oyununa çıxıb.

Presssport.az xəbər verir ki, BƏƏ təmsilçisi “Əl-Əyn” ilə bu dəfə evdə qarşılaşıb. 

Komandalar arasında ilk oyun “Əl-Əyn”in 3:2-lik qələbəsi ilə yekunlaşmışdı. Cavab görüşünün əsas vaxtında isə "Əl-Nəsr" bu hesabla qalib gəlib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün matçda əlavə vaxta ehtiyac duyulub. Burda da komandalar hərəyə 1 qol vurublar və görüş penaltilər seriyası ilə davam edib. Burda daha dəqiq olan "Əl-Əyn" yarımfinala adlayıb - 3:1. 

Onu da bildirək ki, əlavə vaxtda fərqlənən Ronaldo klub karyerasında 750-ci qolunu vurub.

118-ci dəqiqədə fərqlənən 39 yaşlı hücumçu cari mövsüm “Əl-Nəsr”in heyətində 35-ci qoluna imza atıb. O, ərəb klubundan əvvəl “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Real” (İspaniya) və “Yuventus”un (İtaliya) da formasını geyinib. Kriştiano Portuqaliya millisi də daxil olmaqla, peşəkar karyerasında rəqib qapılarından ümumilikdə 878 top keçirib.


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC