Karpin Lunyovla bağlı yekun qərarını verdi

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq görüşü üçün yekun heyətinə daxil edilib.

Presssport.az xəbər verir ki, 33 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıda yer alıb. Bununla da Andrey ilk dəfə “Qarabağ”ın futbolçusu kimi milliyə yollanacaq. Martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu yer almışdı.

Rusların təlim-məşq toplanışı 14-15 martda olacaq. Valeri Karpinin komandası martın 21-də Serbiya, 25-də isə Paraqvayla oynayacaq. Hər iki görüş paytaxt Moskvada gerçəkləşəcək.

Xatırladaq ki, Lunyov 7 illik fasilədən sonra milliyə çağırılıb. O, ilk dəfə 2017-ci ildə çağırıldığı Rusiya yığmaısnda 7 matç keçirərək 14 qol buraxıb. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC