“Kocaelispor”in prezidenti Engin Akgün Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin transferini təsdiqləyib. Presssport.az xəbər verir ki, klub rəhbəri 28 yaşlı hücumçumuzla razılığa gəldiklərini açıqlayıb: "Ramil “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək və sabah aramızda olacaq. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”. “Kocaelispor” Türkiyə I Liqasında 17 turdan sonra 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, Şeydayev "Qarabağ"dan ötən yay ayrıldıqdan sonra keçdiyi "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC