"Qarabağ"ın Leverkuzendəki matçı məşhur hakimə tapşırıldı

Almaniyada “Bayer”lə "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Belə ki, məşhur hakimlərdən olan FİFA referisi Entoni Teylora Qari Besuik və Adam Nann kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR-da Stüart Attuell, AVAR-da Carred Qavan Cillett Avstriya) əyləşəcək.

Xatırladaq ki, Leverkuzendəki qarşılaşma martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC