“Kəpəz” rəsmi məlumat yayıb.
Presssport.az xəbər verir ki, son iki gün ərzində klubun sponsor tərəfindən himayəyə götürülməsi barədə mətbuatda yazılar verilməsi qeyd olunub: “Media nümayəndələrinin və azarkeşlərimizin diqqətinə çatdırırıq ki, bununla bağlı olaraq klubumuza heç bir rəsmi müraciət, əməkdaşlıq təklif olunmayıb. Bu cür əsassız məlumatların mediada əks olunması klubumuzun azarkeşlərini narahat edir. Bu mövzuda ictimaiyyəti tələsməməyə çağırırıq. Tərəfimizdən bildiririk ki, hər hansı bir görüş olacağı və ya razılıq əldə ediləcəyi təqdirdə klub saytı vasitiəsilə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, 2-ci mövsümdü Premyer Liqaya qayıdan “Kəpəz” hələ də sponsoru olmayan yeganə klubdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC