Premyer Liqanın XXVI turunda “Turan Tovuz”la oyunda hakimi təhqir edən “Araz-Naxçıvan”ın qapıçısı Vüsal Şabanov cəzalandırılıb.
Presssport.az xəbər verir ki, komandasının Tovuzda 0:2 hesabı ilə məğlub olduğu matçın 78-ci dəqiqəsində ehtiyatda qırmızı vərəqə alan gənc futbolçu AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Buna görə Araz-Naxçıvan”ın 3000 manat məbləğində cərimə kəsilib. Həmin görüşdə 4 futbolçusu sarı vərəqə alan naxçıvanlılar daha 700 manat cərimə olunub. “Turan Tovuz” isə 6 oyunçusunun sarı vərəqə alması üzündən 700 manat ziyana düşüb.
Tovuzda baş tutan “Kəpəz” – “Neftçi” qarşılaşmasında nomina meyda sahibləri azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən 1000 manat cərimə olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC