Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Presssport.az xəbər verir ki, iclasda I Liqanın XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
06.03.2024-cü il tarixində I Liqada XVII turun MOİK – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Qaradağ Lökbatan” – “İmişli” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilir (maddə 37);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Qaradağ Lökbatan” – “İmişli” oyununun 80-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 22 nömrəli futbolçusu Mikel Badejo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 36.5);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Qaradağ Lökbatan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Karvan” – “Şamaxı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Zaqatala” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Zaqatala” klubunun 15 nömrəli futbolçusu İbrahim Qədirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 74.1);
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC