Artur Jorje yenidən Bakıya gəlir?

"Braqa"nın baş məşqçisi Artur Jorjenin gedişi gündəmdədi.

Presssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin Moskva “Spartak”ını çalışdırmaq ehtimalı var.

Belə ki, Rusiyanın ən titullu klublarından biri bu mövsümün sonunu gözləmədən Jorjeni baş məşqçi təyin etmək üçün portuqallara təzminat ödəməyə belə hazırdı.

Bununla bağlı son sözü "Braqa"nın prezidenti Antonio Salvador deyəcək.

Bu, qarşıdakı günlərdə reallaşarsa, Jorje 1 ayda 2-ci dəfə Bakıya gələcək. Belə ki, “Spartak” martın 23-də "Neftçi"ylə paytaxtımızda yoldaşlıq görüşü keçirəcək.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa"nın iki oyunun nəticəsinə görə 6:5 məğlub edərək növbəti mərhələyə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC