Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ardıcıl 28-ci matçda qalib gələrək yeni dünya rekorduna imza atıb.
Presssport.az xəbər verir ki, bu, dünyada ən uzun qələbə seriyası olub.
“Əl-Hilal” buna Asiya Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin cavab matçında Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-İttihad”a qalib gəlməklə (2:0) bunu reallaşdırıb.
“Əl-Hilal” 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn “Nyu Seynts”in (Uels) nailiyyətini geridə qoyub. Bu komanda ÇL-in yarımfinalında BƏƏ-nin “Əl-Əyn” klubu ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC