"Krasnodar" baş məşqçisi Vladimir İviçlə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, Rusiya Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə 47 yaşlı serbiyalı mütəxəssisin müqaviləsinə xitam verdiyini açıqlayıb.
İviç 2023-cü ilin yanvarından "Krasnodar"da işləyib. Rusiya Kubokunda I Liqa təmsilçisi "Ximki"yə 1/4 finalda uduzmaqla (0:2) mübarizəni dayandırmaq bu qərarın verilməsində əsas səbəb kimi göstərilir. Bir şeyi da nəzərə alaq ki, qış çempionu olmuş krasnodarlılar hazırda çempionatda 39 xalla 2-ci sırada qərarlaşıb və lider “Zenit”dən cəmi 1 xal geri qalır.
Xatırladaq ki, “Qarabağ”ın braziliyalı sabiq yarımmüdafiəçisi Kadi Borges məhz İliçin gəlişi zamanı “Krasnodar”a keçərək indi də onun futbolçusudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC