“Qəbələ” İdman Klubunun cüdoçuları növbəti uğura imza atıblar. Presssport.az xəbər verir ki, klubun təmsilçiləri U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyində fərqləniblər. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda cüdoçular üç medal qazanıblar. Hüseyn Eyvazlı (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Mehdi Abbasov (81 kq) yarışı gümüş mükafatla başa vurub. Qızların yarışında isə bürünc medal qazanan Rəna Əhmədova (70 kq) fərqlənib. Beləliklə, “Qəbələ”nin cüdoçuları birincilikdə bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC