“Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la cavab oyunu öncə mətbuat konfransı keçirib.
Presssport.az xəbər verir ki, bu gün “Bay Arena”da jurnalistlər qarşısına çıxan ispaniyalı mütəxəssis Azərbaycan təmsilçisi ilə matçın onlar üçün asan olmayacağını bəyan edib: “Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Sabah da yüksək performans göstərməyə çalışacağıq. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik”.
Xatırladaq ki, Bakıdakı görüş 2:2 hesabıyla nəticələnib.
Alonso onu da deyib ki, hər bir görüşə diqqət etməlidirlər: "Mart, aprel və mayda bizi sıx qrafiq gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürük ki, heyətimiz yaxşıdı və bütün oyunçularımız hazırdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC