"Bayer"in futbolçusu xəbərdarlıq etdi: "Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyimizi bilirik"

"Bayer"in futbolçusu Yosip Stanişiç Avropa Liqası 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Presssport.az xəbər verir ki, 23 yaşlı xorvatiyalı müdafiəçi qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib:

“Hər oyuna yaxşı köklənərək çıxırıq. Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyimizi bilirik. Amma hər şeyin yaxşı olacağına ümid edirik və nikbinik”.

Yosipin sözlərinə görə, mövsümün əvvəli ilə müqayisədə oyun vaxtına görə daha xoşbəxtdi: "Uyğunlaşmalı idim və bunu etdim. Bir komandayıq, geniş heyətimiz var. Bu, olmasaydı, hər üç yarışda hazırda olduğumuz yerdə olmazdıq".

Xatırladaq ki, bu komandalar Bakıda 2:2 oynayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC