"Sabah"ın futbolçusu Lüksemburqda əməliyyat olundu - mövsümü erkən qapadı

“Sabah”ın futbolçusu Vinsent Till əməliyyat olunub.

Presssport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Lüksemburqdan olan 24 yaşlı yarımmüdafiəçi ölkəsindəki klinikalardan birində cərrahi müdaxiləyə ehtiyac duyub.

O, dizindəki çarpaz bağlardan əməliyyat edilib. 

Bu, ağır zədə sayılır və çox güman, Til mövsümü erkən bitirməli olacaq. Çünki o, ən azı 1-2 ay sonra məşqlərə başlamalı olacaq. Premyer Liqamızda da cari mövsüm mayın 26-da yekunlaşacaq.

Xatırladaq ki, Vinsent "Qarabağ"la fevralın əvvəlində 3:3 hesabıyla nəticələnən Premyer Liqa matçında erkən zədələnərək əvəzlənmişdi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC