"Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Məncə, cavab qarşılaşmasında da şansımız olacaq".
Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Almaniyada “Bayer”ə qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Rusiyalı qolkiper şansları bərabər hesab edir: "Bu, futboldu, 90 dəqiqə ərzində 11 futbolçu mübarizə aparır. Az səhv edib, ələ düşən fürsətlərdən istifadə etmək lazımdı. Sabah öz oyunumuzu oynayıb, nəticə qazanmaq istəyirik”.
Xatırladaq ki, Leverkuzendəki qarşılaşma martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC