Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 13-cü görüşünü növbəti dəfə də 2024-cü ilin “İdman Paytaxtı” Quba şəhərində keçirib.
Presssport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə nazir federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, yerli və beynəlxalq yarışların yayımı ilə bağlı İdman TV-nin təqdimatı dinlənilib.
Həmçinin idman fotoqraflarının fəaliyyəti, gələcək perspektivlər mövzusunda, "Gilavar" foto klubu barədə məlumat verilib. "Fibonaççi Games" şirkətinin kollektiv intellekt təlimi, idmanla məşğulluq, "İdman həftəsi" çərçivəsində paytaxtda və regionlarda keçirilmiş tədbirlər barədə hesabat verilib, idman startegiyası ilə bağlı təqdimat və digər məsələlər barədə danışılıb.
Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.
Görüşdə nazirliyin müvafiq şöbələrinin müdirləri, eləcə də regional gənclər və idman idarələrinin rəisləri də iştirak ediblər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC