“Fibonaççi” intellektual yarışında "Bizimkilər" qalib oldu

2024-cü ilin “İdman Paytaxtı” Quba şəhərində Gənclər və İdman Nazirliyinin və idman federasiyalarının nümayəndələri arasında “Fibonaççi” intellektual yarışı təşkil edilib.

Presssport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən oyunun qaydaları açıqlandıqdan sonra yarışa start verilib. 

Yekun nəticələrə əsasən “Bizimkilər” komandası (AGİN və stolüstü tennis, voleybol, velosiped, şahmat, avarçəkmə federasiyalarının nümayəndələri) yarışın qalibi olub. “İdman qanunu” komandası (AGİN və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri) 2-ci, “Döyüşçü” komandası isə (AMİNA, yelkən, həndbol, karate, bodibildinq, MMA və qrapplinq federasiyalarının nümayəndələri) 3-cü yerlərə layiq görülüblər.

Sonda qalib komandalar yarışın xüsusi hədiyyələriylə mükafatlandırılıblar.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC