Kvaratsxeliya bu göstəriciyə görə liderdi - ÇL-də

"Napoli"nin sol cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Çempionlar Liqasında (ÇL) cari mövsümdə driblinqlərin sayına görə liderdi.

Presssport.az xəbər verir ki, 23 yaşlı gürcü vinger 29 uğurlu cəhd edib. 

Digər hücumameylli yarımmüdafiəçilərdən almaniyalı Leroy Sane ("Bavariya"), fransalı Kilian Mbappe (PSJ) və belçikalı Ceremi Doku ("Mançester Siti") hərəyə 28 driblinq edərək Xviçadan geri qalırlar. İlk "5-liy"i 24 dəfə uğurla driblinq edən “Barselona”nın portuqaliyalı sol cinah müdafiəçisi Jouo Kanselu tamamlayır.

Kvaratsxeliya qapıya zərbələrlə nəticələnən ötürmələrinin sayına görə də ilk "5-lik"dədi. Belə ki, o, PSV-nin belçikalı sağ cinah oyunçusu Yohan Bakayokonun (19) lider olduğu “Top-5”də 4-cü yerdə (16) qərarlaşıb.

Xatırladaq ki, Xviça millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC