Tahir Gözəl Bakıdan "Qarabağ"a uğurlar arzuladı: "Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidi"

Bu axşam “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer” klubu ilə görüşəcək.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün Leverkuzendə keçiriləcək matça yollanmayıb. 

Bakıda olan klub prezidenti komandaya uğurlar arzulayıb: “Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan 2:2 hesablı heç-heçə göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, öz gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdi”.

Gözəl komandadan əzmkar mübarizə gözləyir: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidi. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Əsas böyük ürəyin, mübarizliyin olmasıdı. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.
Xatırladaq ki, Levekzuzendə "BayArena"dakı görüş Bakı vaxtilə saat 00:00-da başlayacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC