Avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ" bu gün tarixi matça çıxıb.
Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası turnirin 1/8 final mərhələsində cavab oyununda “Bayer”in qonağı olub.
Bakıda olduğu kimi, Leverkuzendəki qarşılaşmada da ağdamlılar hesabda 2:0 irəlidə olsa da, rəqib geridönüş edə bilib. "Tofiq Bəhramov"da olduğu kimi, sonradan meydana çıxan çexiyalı hücumçu Patrik Şik uzatma dəqiqələrində səhnəyə çıxıb. Təcrübəli forvard bu dəfə dubla imza atıb. Özü də maraqlıdı ki, baş hakim 2-ci hissənin əsas vaxtına 6 dəqiqə əlavə etsə də, bu vaxt bitəndə fitini səsləndirməyib və almanlar qələbə topunu 7-ci dəqiqədə vurub.
14 mart (cümə axşamı)
00:00. "Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2
QOLLAR: C.Frimponq, 72, P.Şik, 90+3, 90+7 - A.Zubir, 58, O.Juninyo, 67
QIRMIZI: E.Cəfərquliyev, 63 (birbaşa)
Baş hakim: Entoni Teylor
Baş hakimin köməkçiləri: Qari Besuik, Adam Nann
Dördüncü hakim: Endryu Medli
VAR: Stüart Attuel (hamısı İngiltərə)
AVAR: Carred Qavan Cillet (Avstriya)
Leverkuzen. “BayArena” stadionu
"Bayer": 17. Matey Kovar, 3. Pyero Hinkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Endrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka
Ehtiyat oyunçular: Hradeski, Lomb, Stanişiç, Şik, Tah, Tella, Grimaldo, Hlozek, Puerta, Palasios
Baş məşqçi: Xabi Alonso
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC