"Musayev Azərbaycanda yaxşı işlədi, təcrübəli məşqçi oldu" - "Qəbələ"nin sabiq baş məşqçisi

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin fevralda “Sabah”dan ayrılan Murad Musayevin “Krasnodar”ın “sükanı arxası"na keçməsini dəyərləndirib.

Presssport.az xəbər verir ki, 77 yaşlı rusiyalı mütəxəssis həmyerlisinin keçmiş komandasına dönüşünü müsbət addım kimi qarşılayıb: “Bir çaya 2 və ya 3 dəfə girə bilərsiniz. Bu, “Krasnodar” rəhbərliyinin əla qərarıdı. Musayev Azərbaycanda yaxşı işlədi, təcrübəli məşqçi oldu. Ümid edirəm ki, çempionluq yarışını davam etdirəcək və qalib gələcək. Vladimir İviçin istefasını başa düşürəm. Ölkə kubokunda məğlub olaraq mübarizəni dayandırdılar. Hesab edirəm ki, ayrılıq bununla bağlıdı”.

Xatırladaq ki, 41 yaşlı Musayev 3 il çalışdırdığı “Krasnodar”la cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC