"Bayer" Avropa Liqası 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Presssport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin ispaniyalı baş məşqçisi Xabi Alonso matçdan sonra keçirilən mətbuat konfransında hesab 2:2 olandan sonra komandanın daha çox istədiyini gördüyünü söyləyib: "Qol buraxdıqdan sonra geri dönmək asan olmadı. Amma oyunçular yaxşı çıxış etdilər. Patrik Şikin son qolu da əla oldu. Əlbəttə ki, mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir. Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var. Bu, mənim üçün çox xoşdu. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC