Türkiyə futbolunun əfsanələrindən olan Arda Turan “Qarabağ”a təşəkkür edib.
Presssport.az xəbər verir ki, 37 yaşlı məşqçi Avroliqanın 1/8 final mərhələsinin “Bayer” - “Qarabağ” oyunundan sonra şəxsi “İnstagram” səhifəsində paylaşım edib.
Hazırda Türkiyə I Liqasında lider olan “Eyüpspor”un baş məşqçisi işləyən Arda bunları yazıb:
“Qarabağ" FK. Möhtəşəm mübarizə. Təşəkkürlər. Təbriklər”.
Xatırladaq ki, “Qarabağ” “Bayer”lə səfərdəki cavab matçında 2:0 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2) mübarizəni dayandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC