"Qarabağ"a 2 qol vuraraq "Bayer"ə qələbə qazandıran: "Azərbaycan komandası alqışa layiqdi"

“Çətin, həyəcanlı oyun oldu. “Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu, işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Azərbaycan komandası alqışa layiqdi".

Presssport.az xəbər verir ki, bunu “Bayer"in futbolçusu Patrik Şik “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Leveekuzendəku matçın 2-ci hissəsində meydana çıxaraq 2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan çexiyalı hücumçu ağır mübarizə getdiyini bildirib: "Bu, təsadüf deyil. Cari mövsüm artıq 4-cü və ya 5-ci dəfədi ki, bu formada geridönüş edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik”.

Xatırladaq ki, iki oyunun yekununda 5:4 (səfərdə 2:2, evdı 3:2) hesablı qələbə qazanan “Bayer” 1/4 finala adlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC