"Əlbəttə, hardasa üzücü oldu. "Bayer"lə hər iki oyunda şansımız çox idi. Son dəqiqələrdə, hətta son saniyələrdə qapımızda qollar gördük. Çox ciddi rəqibə qarşı oynayırdıq. Uduzsaq da, əldə etdiyimiz şeylər çox oldu. Futbolçularıma təşəkkür edirəm. Komanda olaraq bu il azarkeşlərə yaxşı futbol hissi yaşatdıq. İstəyirdik ki, bir mərhələ də irəliləyək. Qarşımızda çox ciddi rəqib var idi. Onu da nəzərə azlmaq lazımdır. Azlıqda qalmağımız nəticəyə təsir etdi. Futbolçularımdan razı qaldım. Çox yaxşı mübarizə apardılar. Sona kimi dözdülər".
Presssport.a xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxal Aeroportunda keçirdiyi brifinqdə deyib.
O, ardındab jurnalistlərin suallarını cavablandırıb.
- Elvin Cəfərquliyevə yenə qırmızı vərəqə verildi. Oyundan sonra epizodlara baxdınız?
- Bəli, epizodlara sonradan baxdım. Nəsə fikir bildirmək bəlkə düzgün olmaz. İngilis hakimə yaraşmayan qırmızı vərəqə göstərildi. İngiltərə Premyer Liqasında heç bəlkə onu qayda pozuntusu kimi də saxlamazdılar. Sadəcə mübarizə kimi baxardılar epizoda. Amma burada qırmızı göstərdilər.
- VAR-ın da rolu oldu. Halbuki, Entoni Teylor Elvinə sarı vərəqə göstərmişdi…
- Bəli, VAR dəvət etdi. Amma yenə də söz sahibi Entoni Teylor idi. Futbol mübarizə oyunudur. Bu cür oyunlarda belə bəsit qırmızı vərəqələri qəbul etmirəm.
- Avrokuboklardakı uğurlu oyunlardan sonra sizə və futbolçularınıza maraq artıb. Bu haqda fikirləşəcəksiz?
- İnanın heç fikirləşmirəm də. Dəfələrlə bildirmişəm ki, özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqda danışılırsa, futbolçularımıza diqqət artırsa, deməli hansı ölkədə oynadıqları ilə bağlı da maraqlanırlar. Burada Azərbaycanın adı çəkilir. İnanın, digər klubların mənimlə maraqlanıb-maraqlanmamalarının bir o qədər də marağında deyiləm. Mən "Qarabağ"a çox sadiq və bağlı adamam.
- Daha da irəli getmək üçün nə lazımdır?
- Buranın mövzusu deyil. Klub olaraq bizdə də görüləsi işlər çoxdur. İşimizi daha da yaxşılaşdırmalı və daha çox düşünməli, daha çox işləməliyik.
- Bu heyəti qoruya biləcəksiz?
- Həmişə istəmişik ki, heyətimizi qoruyaq. Bəzən bu alınmayıb. Amma bunun da faydası olub. Avropa futbolunun transfer bazarına girmək böyük uğurdur. Həmişə lazım olan oyunçuları qoruyub-saxlamağa çalışmışıq. Bizdən asılı olan nə varsa, etmişik.
- Bundan sonra daxili çempionata köklənmək çətin olmayacaq?
- Xeyr. İllər boyu belə oynamışıq. Sadəcə Tovuza getmək çətin olacaq
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC