İki aya yaxındə zədəli olan Abdulla Rzayev sağalıb

Premyer Liqanın 27-ci turuda "Qəbələ" ilə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün "Liv Bona Dea Arena"nın ehtiyat meydanında oyunöncəsi son məşqini keçirib.

Presssport.az xəbər verir ki, "qırmızı-ağlar"ın 1 saata yaxın davam edən hazırlıq prosesində bir müddətdir zədədən əziyyət çəkən Abdulla Rzayev və Aksel Nqando da iştirak edib. Bu yerdə bildirək ki, Abdulla yalnız qış fasiləsindən sonra ilk turda oynayaraq 2 aya yaxındı yaşıl meydandan kənarda qalıb.

Cəzası başa çatan Məhəmməd Kadiri və Miço Kuzmanoviç də bugünkü görüşdə baş məşqçi Azər Bağırovun şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC