Milli komandamızın baş məşqçisi Arif Əsədov Anton Krivotsyuk və Mahir Emrelinin yığmanın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu zədəylə əlaqələndirib:
“Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq".
Xatırladaq ki, millimiz FİFA-nın Bakıdakı turniri çərçivəsində Monqolustan və Bolqarıstan yığmaları ilə görüşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC