"Beşiktaş"ın idman direktoru Samet Aybaba Avropa Liqasının 1/8 finalının "Bayer" - "Qarabağ" cavab oyununu stadiondan izləyib.
Presssport.az xəbər verir ki, klub rəsmisi Ağdam təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyonu nəzərdən keçirib.
Bu haqda Türkiyə mətbuatı xəbər verir. Bilidirilir ki, Aybaba 28 yaşlı forvardı çox bəyənib. Juninyo Leverkuzendəki görüşdə vurduğu qolla və öz oyunu ilə türkiyəli mütəxəssisin diqqətini cəlb edib. O, Oıavioni İstanbulda klub rəhbərliyinə tövsiyə edəcək.
Xəbərdə o da qeyd olunub ki, iclasda alınacaq qərara əsasən "Qarabağ"ı 28 yaşlı legioneri üçün cari mövsümün sonunda hərəkətə keçiləcək.
Xatırladaq ki, Juninyo ağdamlılarda debüt mövsümündə 43 matçda 23 qol vurub və 7 məhsuldar ötürmə verib. “Sambaçı”nıb "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC