Rəşad Sadıqov: "Milli fasilədən öncə vacib qalibiyyət oldu"

“Zirə” Premyer Liqanın 27-ci turunda öz meydanında "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına mat haqd fikirlərin bölüşüb.

- Komandamı təbrik edirəm. Olduqca önəmli qələbə qazandıq. Birinci hissə bizim üçün pis keçmirdi. Bir neçə təhlükəli hücumlarımız var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu. Ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti qaldırdıq. Futbolçular ön xətdə daha keyfiyyətli oynamağa başladı. Nəticədə çox vacib qələbə qazandıq. 

- Bu gün komandanız çoxlu qol epizodları yaratdı... 

- Futbolçular hücum xəttində daha inamlı idilər. Əksinə gözləyirdim ki, daha həyəcanlı olacaqlar. Çünki bəzi oyunlarda xal itkiləri komandanın üzərində təzyiq yaradırdı. Şükürlər olsun ki, bu gün həmin təzyiqi ata bildilər. Milli fasilədən öncə vacib qalibiyyət oldu. Bütün oyunlar çətin keçir. Rəqib çox yaxşı mübarizə aparırdı. Son dəqiqələrdə bizə həyəcanlı anlar yaşatdılar. 

- Fasilə "Zirə"yə necə təsir edəcək? 

- Oyun yaxşı gedəndə heç kim fasilə olmasını istəmir. Sadəcə, başqa problemlərimiz var. Düşünürəm ki, fasilə bizim üçün daha yaxşı olar. Həm Meza Kollinin formaya düşməsi var, həm Kulaç, həm Rafael Utsiq zədədən yeni qayıdıb. Rüstəm Əhmədzadənin də 2-3 həftə zamana ehtiyacı var. Qarşıda bizi bir-birindən önəmli oyunlar gözləyir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC