Araz-Naxçıvan" Premyer Liqanın 27-ci turunda öz meydanında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər oyun yaxşı gedirdi. Futbolda belə şeylər olur. Təəssüflənirəm ki, 3 xal qazana bilmədik. 3 xal bizim üçün çox vacib idi. "Qəbələ"yə uğurlar arzulayıram.
- Müdafiədə olan problemlərin səbəbi nədi?
- Eyni oyunçu həm qırmızı vərəqədə, həm də qolda rol oynadı. Futbolçuya çox söz demək onu daha da “sındırmaq”dı. Yaddan çıxarmaq lazımdır. Kim istəyər ki, səhv etsin?
- Avrokuboklar uğrunda mübarizəniz davam edir?
- 32 xalımız var. Yuxarıdan 8 xal geridəyik. Hər an hər şey dəyişə bilər. Qarşıda 9 oyun var.
- Avrokuboklara vəsiqə qazanacağınıza inanırsınız?
- Bu gün hesabda öndə idik. Kim deyərdi ki, azlıqda qalacağıq, qapımızda özümüz qol epizodu yaradacağıq? Futbolun yazılmamış qanunları var. Hər an hər şey ola bilər. İki qələbədən sonra ilk “3-lük”də ola bilərsən. Əlimizdə olan “material”a uyğun hərəkət edirik. Pis futbol oynamırıq.
- Azlıqda qalmaq ehtimalına hazırlaşmamışdız?
- Düşünmürəm ki, hansısa məşqçi heyəti quranda qırmızı vərəqəni nəzərə alır. Sadəcə, qırmızı vərəqədən sonra alternativləri fikirləşir. Azlıqda qalandan sonra müdafiəyə çəkilirsən.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC