Aleks Souza "Qarabağ"a da qol vurmağa çalışacaq: "Tovuzlular da braziliyalılar kimi futbol fanatlarıdı"

  • “Turan Tovuz”un qış fasiləsində heyətinə qatdığı Aleks Souzanı ümumiyyətlə, Premyer Liqamızda bu qış pauzasında ən yaxşı transfer saymaq olar. 23 yaşlı hücumçu Presssport.az-a müsahibəsində bir sıra məqamlara toxunub. 
  • - Keçən turda “Araz-Naxçıvan”la Tovuzda matçda (2:0) sonradan meydana çıxaraq dublunla komandana vacib qələbə qazandırdığı matçı necə xatırlayırsan? 
  • - Çətin oyun idi. Şadam ki, komandama 2 qolla kömək etdim ve 3 xal qazandıq. 
    - 2 dəqiqəyə 2 qol. Belə performansı gözləyirdin?
  • - Həmin həftə yaxşı məşq etdim və öz potensialıma güvənirəm. Amma 2 dəqiqəyə 2 qol vuracagımı təsəvvür etmirdim. Bu, inanilmaz idi. 
    - Bu, Azərbaycanda yeni başlayan karyeramda ilk dublun oldu. Maraqlıdı, bunadək dubla imza atmışdın? 
  • - Yox. İlk dəfədi ki, 1 oyunda 2 qol vururam. Xoşbəxtəm və ümid edirəm ki, bunu daha tez-tez edəcəm. 
    - “Turan Tovuz”a çox tez uyğunlaşdın və artıq komandanın aparıcı futbolçularından birinə çevrilmisən. Maraqlıdı, bunu tez bir zamanda bacardın?
  • - Həmişə bunu deyirən ki, mühit yaxşı olduqda, işlər öz axarında gedir. Komandada hər kəsi çox sevirəm. Özümü burda yaxşı hiss edirəm. Ən vacibi də budu. 
    - Tovuz və tovuzlu azarkeşlərlə bağlı fikirlərin maraqlıdı. Maraqlıdı, Braziliya və braziliyalılarla bir oxşarlıq var? 
  • - Braziliyada biz futbol fanatlarıyıq və həqiqətən də çıxış etdiyin diviziondan asılı olmayaraq stadiona getməyi sevirik. Burda da hiss edirəm ki, insanlar futbol fanatlarıdı. Buna görə də eynidirlər.  
    - Növbəti turda çempionatımızn ən güclü komandasına qarşı oynacaqsan. “Turan Tovuz”sevərlər “Qarabağ”la matçda da qələbə və Aleksdən qol gözləsin? 
  • - Çətin oyun olacaq. Rəqibin keyfiyyətini bilirik. Bizim də keyfiyyətli oyunçularımız var. 3 xal axtarışındayıq və hər şey yaxşı gedərsə, 1 qol vurmağa çalışacam.  
    - Çempionatımızın səviyyəsi, özəlliyi haqda fikirlərin necədi? 
  • - Burdakı çempionatın səviyyəsi yaxşıdı. Keyfiyyətli oyunçular çoxdu.
    - Komandanızın ilk dəfə avrokuboklaar vəsiqə qazanmağını nə dərəcədə real sayırsan?
  • - Bu məqsədə çatmaq üçün çox çalışırıq. Ümid edirəm ki, sonluq bizim üçün yaxşı olacaq. Yaxşı oyunçularımız var. 

 

 

 


 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC