Ayxan Abbasov "Qarabağ"dan xal almağa köklənib: "Nəsə üstünlüyümüz varsa, çalışacağıq ondan istifadə edək"

“Əlbəttə, rəqib ”Qarabağ"dı. Son oyunlarını götürsək - həm “Zirə”ni, həm “Qəbələ”ni, həm də "Sumqayıt"la - onların diliylə desək, əsas heyət oynamasa da, 11 qol vurublar. Adama Diakabi Avroliqada oynamır, amma çempionatda yaxşı formada olması göz önündədi. Bir sözlə, “Qarabağ” həmişə “Qarabağ”dı".

Bu sözlər Presssport.az- açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Premyer Liqanın III dövrənin son turunda lider "Qarabağ"la görüşəcək tovuzluların çalışdırıcısı nəticəyə köklənib: “Çətin oyun gözləyir bizi. Evdə oynayırır, çalışacağıq nəticə qazanaq. Önəmli oyundu, xal qazanmaq bizim üçün vacibdi”. 

Məlumdu ki, Ağdam klubu 2-3 gün əvvəl Almaniyada ağır Avroliqa matçı oynayıb və indi də Tovuza getməli olması əlavə yol yorğunluğu yaradacaq. Bu, Qərb təmsilçisinin işinə yaraya bilərmi? Abbasovu dinləyək: 

“Nəsə üstünlüyümüz varsa, çalışacağıq ondan istifadə edək. ”Qarabağ" peşəkar klubdu, 10-15 ildi belə yorğun oyunlara çıxır. Azərbaycan çempionatına köklənirlər, təcrübələri var. Deyək ki, “Qarabağ” birinci dəfədi belə situasiya ilə qarşılaşır, yox".

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC