"Turan Tovuz"un futbolçusu Veysəl Rzayev uzun müddətə sıradan çıxıb.
Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov U-21 yığmamızın üzvü olan mərkəz yarımmüdafiəçisinin yıxılaraq burnunun sındığını deyib.
Nəticədə 21 yaşlılarımızın İngiltərə və Ukrayna ilə Bakıdakə rəsmi matçlarından kənarda qalacaq Veysəl 2 aya yaxın oynaya bilməyəcək. Bu isə o deməkdi ki, Rzayev mayda - mövsümün sonunda sıraya dönə biləcək.
Onu da bildirək ki, tovuzluların Premyer Liqanın III dövrəsinin son turunda "Qarabağ"la matçda xeyli itkisi var. Belə ki, köhnə zədəlilər - moldovalı müdafiəçi Denis Marandiçi ilə braziliyalı hücumçu Paçu bu matçı da buraxacaq. Məşqdə zədələnən rusiyalı yarımmüdafiəçi Ayxan Quseynov matça ehtiyatdan başlayacaq. Braziliyalı müdafiəçi Bruno Qonçalves isə vərəqə limitini aşdığından cəzalıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC