“Turan Tovuz” Premyer Liqada milli komandaların oyunlarıyla əlaqədar yaranan ikihəftəlik fasilədə Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Bu barədə Presssport.az-a danışan komandanın baş məşqçisi Ayxan Abbasov martın 21-dən 25-dək adıçəkilən məkanda hazırlıq keçəcəklərini söyləyib: “Həmin müddətdə bir yoxlama matçı keçirməyi də nəzərdə tutmuşuq. Bu, ”Qəbələ"nin əvəzediciləriylə olacaq. Əsas komandaları fasilədə Bakıda olacaq. Məlumdu ki, Qəbələdə şərait, meydançalar, yaxşıdı. Bilirsiniz ki, bu dəqiqə Bakıda meydança problemimiz var. Tovuzda isə qazon sinetikdi ki, bu da təhlükədi. İstədik ki, yaxşı qazonda hazırlıq keçək. Bilirik ki, ağır məşqlərimiz olacaq və başqa bir yerdə futbolçularımız olmaq qəraraına gəldik. 4-cü dövrə gəlir, önəmli dövrədi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC