Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunub.
Presssport.az xəbər verir ki, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, əməliyyatın uğurlu keçdiyini bildirib: "Hər şey qaydasındadır. Reabilitasiya davam edəcək, bundan sonra tam bərpa dönəminə keçirlər. Düşünürəm ki, bir müddət sonra onun ayağa qalxmasına çalışacaqlar. İndi də ayağa qaldırırlar, amma çox qısa müddətə. Həkimlərin dediyinə görə hər şey qaydasındadır və onların istədiyi yöndə davam edir".
PFL rəhbəri Türkiyədə bir neçə dəfə cərrahi müdaxiləyə ehtiyac duyub.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC