Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə üzgüçülük üzrə “Parlaq ulduz” uşaq liqasının 1-ci mərhələ yarışları keçirilib.
Presssport.az federasiyanın mətbuat xidmətinə istinadən məlumat verir ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 16 komandadan 200-dən çox azyaşlı üzgüçü qüvvəsini sınayıb.
Yarışı üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti izləyib.
Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, məşqçilər korpusu ən perspektivli idmançıları müəyyənləşdirir və onların gələcəkdə yığmanın ehtiyat komandasını formalaşdırmalarını nəzərdə tutur: “Yarışların 2-ci mərhələsi aprel ayında "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək. Final mərhəsi isə mayda Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərləsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər. Əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərin aşkar olunması və onların məşqçilərimizin nəzarəti altında məşqlər keçərək yığmanın ehtiyat komandasına cəlb olunmasıdır”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC