"Turan Tovuz" - "Qarabağ" matçında hər 2 komanda ziyana düşdü

AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın futbolçusu Numan Kurdiçu 1 oyunluq cəzalandırıb.

Presssport.az xəbər verir ki, buna bosniyalı müdafiəçinin "Qəbələ" ilə Premyer Liqanın XXVII turunun matçında (1:1) qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək.

"Turan Tovuz" - "Qarabağ" matçında meydan sahibləri 500, qonaqlar 1500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri cərimələnib. "Qarabağ" isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyi üçün bu məbləği ödəməyə məcburdur.

Qurum "Sumqayıt"a 700 manat cərimə kəsib. "Gənclik şəhəri" təmsilçisinin 4 oyunçusu "Sabah"a 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görmüşdü.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC