“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəddi. Pressport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.
Həmin siyahıya isə məhz azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilir ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Klub rəhbərliyi hazırkı baş məşqçi olan təcrübəli portuqaliyalı Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir. Portuqaliya millisini Avropa çempionu etmiş Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdi.
Onu da bildirək ki, “Beşiktaş” hazırda Super Liqada 46 xalla 4-cü pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC