Moskva “Spartak”ının futbolçusu Teo Bonqonda "Neftçi"yə qarşı Bakıda keçirəcəkləri yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Presssport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı cinah yarımmüdafiəçisi hələ də ümumi qrupda məşqlərə qatılmayıb.
Belçikalı oyunçudan başqa demək olar ki, bütün futbolçuların "ağ-qaralar"a qarşı oynamağa hazır olduğu bildirilir.
Rusiya klubu martın 22-nə kimi Tarasovkadakı bazada matça hazırlaşacaq. Gilyermo Abaskalın komandası burda mini təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, martın 23-də reallaşacaq "Neftçi" - "Spartak" görüşü saat 18:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC