21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində İngiltərədən olan həmyaşıdlarıyla keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Presssport.az xəbər verir ki, UEFA görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.
“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.
Xatırladaq ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC