Güləş üzrə milli komandalarımız hazırlığı Bakıda davam etdirir

Güləş üzrə milli komandalarımız 5-7 apreldə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı Bakıda davam etdirir.

Presssport.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz martın 17-dən təlim-məşq toplanışına başlayıb. Türkmənistan, Macarıstan və İspaniya yığmaları ilə yanaşı, İtaliya, Estoniya və Bolqarıstandan bir neçə güləşçi də Güləş Federasiyasının təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə qatılıb.

Qadın güləşçilərimiz də həmin tarixdən etibarən sonuncu toplanışa start verib. Yaxın günlərdə Rusiya və Rumıniya kimi güclü millilərin də komandamızla birgə hazırlıq prosesində iştirakı gözlənilir.

Yunan-Roma güləşi üzrə yığma isə martın 22-də eyni məkanda toplanışa başlayacaq. Almaniya, Serbiya və İspaniyanın da müvafiq komandalarının paytaxtımıza təşrif buyuracaq. Birgə toplanışa İtaliya və ABŞ-dan bir neçə güləşçinin qatılması da planlaşdırılır.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirinin proqramına əsasən, 5 apreldə yunan-Roma güləşi, 6 apreldə qadın güləşi, 7 apreldə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Yarışın biletlərini iticket.az saytından və “İticket”in satış nöqtələrindən almaq mümkündür.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC