Türkiyə I Liqa təmsilçisi “Eyüpspor”un baş məşqçisi Arda Turan barədə İspaniyada həbs qərarı verilib.
Presssport.az xəbər verir ki, Türkiyə millisinin sabiq futbolçusu "Atletiko" və "Barselona"da çıxış edərkən vergidən yayınmaqda ittiham olunub.
İspaniya məhkəməsi Arda barəsində 1 il həbs qərarı çıxarıb. Həmçinin o, 633 min avro cərimə edilib.
Özü də 37 yaşlı Turan vergidən yayındığını etiraf edib. Həbs müddəti 2 ildən az olduğu üçün keçmiş futbolçu təkcə pul cəriməsini ödəyəcək.
Xatırladaq ki, Arda karyerasının 7 ilini keçirdiyi İspaniyada 2011-15-ci illərdə "Atletiko"da, 2015-18-ci illərdə "Barselona"da çıxış edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC