Barselona məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb.
Presssport.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb. Bundan əvvəl Daninin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və yekun hökm çıxarılana qədər məhkumun azadlığa buraxılmasını tələb edib.
Xatırladaq ki, 40 yaşlı Alveş keçən ilin yanvarında Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb, daha sonra isə onun 4,5 illik həbsinə qərar verilib. Həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 min avro ödəməyə məhkum edilmişdi.
Bir müddət əvvəl isə Daninin intihar etdiyi bildirilirdi. Amma sonradan yayılan xəbərlər təkzib olunmuşdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC