“Bayer”in futbolçusu Alexandro Qrimaldo işlədiyi ən yaxşı baş məşqçinin adını açıqlayıb.
Presssport.az xəbər verir ki, İspaniya millisinin sol cinah müdafiəçisi hazırkı çalışdırıcısı olan həmyerlisi Xabi Alonsonun adını xüsusi vurğulayıb: "Karyeram boyu həm “Barselona”da, həm də “Benfika”da çox yaxşı məşqçilərim olub. Amma ən yaxşısı Xabi Alonsodu. O, xüsusi biridi. Futbol dünyasında onun kimi məşqçi çox yoxdu".
Qrimaldo keçən yay "Benfika"dan azad agent kimi Leverkuzen klubuna keçərək, bütün yarışlarda 37 matçda 11 qol vurub və 15 məhsuldar ötürmə edib. O, “Qarabağ”a Avropa Liqasının qrup mərhələsində evdə 5:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC