Monqolustan yığmasının baş məşqçisi Bakıda olduğu üçün çox həyəcanlıdı: "Azərbaycan millisi olduqca güclü komandadı"

“Azərbaycanda olmaq xoşdur. Mən və komandam burda olduğumuz üçün çox həyəcanlıyıq”.

Presssport.az xəbər verir ki, bunu Monqolustan milli komandasının baş məşqçisi İçiro Otsuka deyib.

Yaponiyalı mütəxəssis FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan yığması ilə görüşdən öncə mətbuat konfransı keçirib. Otsuka bildirib ki, qələbə üçün bütün güclərini səfərbər edəcəklər: “Azərbaycan millisi olduqca güclü komandadı. Dinamik rəqibə qarşı mübarizə aparacağıq. Mən 1966-cı ildəki dünya çempionatını izləmişəm. Məhz mundialın finalında Tofiq Bəhramovun qərarından da xəbərdaram. Azərbaycan millisi ilə keçirəcəyimiz oyunlarda da əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

O, yığmamızı yaxşı analiz etdiklərini də deyib: “Oyun taktikasına da bələdik. Mən Yaponiyadanam. Bu səbəbdən də Azərbaycan və ölkəmin millisinin oyununu bir-birinə bənzədirəm. Əsasən də, futbolçuların keyfiyyəti oxşayır. Lakin fərqli tərəf odur ki, Azərbaycan yığmasının qarşılaşdığı rəqiblər güclü olur. Amma Yaponiya yığmasında belə deyil”.

Qeyd edək ki, Azərbaycan – Monqolustan oyunu martın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq (idman.biz).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC