Ukrayna mətbuatı "Polessye"nin yarımmüdafiəçisi Emil Mustafayevin Azərbaycan milli komandasına ilk dəfə dəvət olunmasından yazıb.
Presssport.az xəbər verir ki, ukraynalı həmkarlarımız perspektivli futbolçunu itirdiklərini vurğulayıblar:
"Ukrayna futbolu üçün perspektivli futbolçunu əlimizdən buraxdıq. "Polesye"nin yarımmüdafiəçisi Emil Mustafayev Azərbaycan millisinə ilk dəfə dəvət edilib. 22 yaşlı futbolçu əslən azərbaycanlı olsa da, Ukraynada doğulub, burda böyüyüb. Bir vaxtlar Ruslan Rotan yarımmüdafiəçini Ukraynanın U-21 yığmasına cəlb etmək istəyirdi. Lakin Mustafayev ona qədər artıq Azərbaycana söz vermişdi və orda U-21 yığmasında üç oyun keçirdi. Hələ ötən ilin dekabrında Mustafayev milli komandalar səviyyəsində seçimini dəyişməyə hazır olduğunu bildirmişdi. Ancaq Ukraynadan dəvət gəlmədi, Azərbaycan isə ondan yenə əl çəkmədi. Emil artıq Azərbaycan millisinin heyətində Monqolustana (22 mart) və Bolqarıstana (25 mart) qarşı keçiriləcək görüşlərə hazırlaşır".
"Aleksandriya"nın yetirməsi olan Emil yayda “Polesye”yə keçərək, onunla 2027-ci il iyunun 30-na qədər müqaviləsi var
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC